1-ci və 2-ci liqaların püşkü atıldı

Ötən gün futzal üzrə 1-ci və 2-ci liqalarda 2021/22 mövsümünün püşkü atılıb.

Allsport.az xəbər verir ki, Bakı idman sarayında keçirilən püşkatmadan əvvəl 27 sentyabr – Anım günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra yeni mövsümün püşkü atılıb. Tədbirdə iştirakçı klubları maraqlandıran suallar da cavablandırılıb.

1-ci liqaya 7-8 oktyabrda, 2-ci liqaya isə 10 oktyabrda start veriləcək.

1-ci liqa, 1-ci tur

Forza Neftçi – PASO FK
Yasamal İSK – Ulduz
Arenda.az – Qarabağ Füzuli
Metropoliten – Star Karqo
Şuşa – Baku Fire-2
ADBTİA – Zəngilan
Dəstə Ordubad – Standard

2-ci liqa, 1-ci tur

Advokat – Tim Sport
Baku Fire-3 – İSMA M.A. Baku
Borçalı – Dalğa
Baker Tilly – Bibi-Heybət
Xan-Lənkəran – Rəvan
Zülfüqar – Azərsu
Star Karqo-2 – Atletiko Baku

Həmin kateqoriyadan