- Baxış sayı: 43
- 05 Oktyabr 2026 23:37
- Baxış sayı: 179
- Oktyabr 04, 2026
- 0

“Mançester Yunayted” və Niderland millisinin hücumçusu Coşua Zirkze qışda klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Kristal Palas” maraqlanır.
London klubu yanvar transfer pəncərəsində hücumçunu heyətinə qatmağa çalışacaq.
“Mançester Yunayted” Zirkzenin gedişini nəzərdən keçirməyə hazırdır. Klub futbolçunun transferi üçün təxminən 30 milyon avro tələb edir.
Niderlandlı hücumçu cari mövsümdə İngiltərə premyer liqasında iki oyunda meydana çıxıb.