“Kral klubu”nda böyük qalmaqal

“Kral klubu”nda böyük qalmaqal

“Real”ın (Madrid) mərkəz müdafiəçisi Din Huysen İspaniyada böyük qalmaqalın mərkəzinə düşüb.

Allsport.az xəbər verir ki, Tyaqo Pitarçın instaqram hesabında paylaşdığı “hekayə”də 21 yaşlı futbolçunun avtomobil idarə edərkən əlində telefon tutduğu əks olunub.

Həmin foto İspaniya mətbuatında və sosial şəbəkələrdə kəskin etirazlara səbəb olub.

“Kral klubu”nun azarkeşləri gənc oyunçunun məsuliyyətsizliyə görə cəzalandırılmasını tələb edirlər. Tərəfdaşlar Huysenin sükan arxasındakı diqqətsizliyini onun meydançadakı inamsız çıxışı ilə müqayisə edərək tənqid ediblər.

“Bornmut”dan transfer olunduqdan sonra göstərdiyi zəif oyunla diqqət çəkən Din xüsusən də “Atletiko”ya (Madrid) 1:2 hesabı ilə uduzduqları derbidə qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.

Cari mövsümdə “Real”ın heyətində 7 matça çıxan ispaniyalı müdafiəçi hələ ki məhsuldar göstərici ilə fərqlənə bilməyib.

Həmin kateqoriyadan