“Qorxuram”

“Qorxuram”

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqison gələcəkdə demensiya ilə üzləşməkdən narahat olduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, 84 yaşlı şotlandiyalı mütəxəssis futbolçu karyerası zamanı başla çox oynadığını xatırladaraq bunun onda narahatlıq yaratdığını bildirib:

“Özüm də bundan narahatam, çünki futbolçu olduğum vaxtlarda başla çox oynamışam. Bütün futbolçular bunu edirdi. Demensiya yaşlanan hər bir insan üçün ciddi problemdir. Bu barədə çox düşünürəm.

Həmişə özümə deyirəm: ‘Mənim 84 yaşım var’. Əgər 85 yaşa çatsam, hər şey yaxşı olacaq”.

Aleks Ferqison məşqçilik karyerasına başlamazdan əvvəl 17 il peşəkar futbolçu kimi çıxış edib.

Həmin kateqoriyadan