- Baxış sayı: 35
- 05 Oktyabr 2026 22:59
- Baxış sayı: 179
- Oktyabr 04, 2026
- 0

Serb tennisçi Novak Cokoviç Pekində keçirilən ATP-500 turnirinin yarımfinalında diskvalifikasiya olunan rusiyalı Daniil Medvedevə dəstək olub.
Allsport.az xəbər verir ki, Medvedev Cokoviçə 5:7, 3:5 hesabı ilə uduzduğu vaxt raketlə sıçrayan topa zərbə vurub və top tribunada azarkeşlərdən birinin üzünə dəyib. Nəticədə hakim və turnirin supervayzeri rusiyalı tennisçinin diskvalifikasiyasına qərar verib.
Cokoviç hadisədən təəssüfləndiyini bildirib:
“Bir qədər şokdayam. Ümid edirəm, həmin şəxs xəsarət almayıb. Daniilə də təəssüf edirəm. Belə səbəbdən diskvalifikasiya olunmağın necə olduğunu çox yaxşı bilirəm. 2020-ci ildə “ABŞ open”də mən də diskvalifikasiya olunmuşdum. Bu gün qələbəyə cəmi üç xal qalmışdı və inanılmaz mübarizə gedirdi”.
Cokoviç 2020-ci ildə “ABŞ open”in 1/8 finalında ispaniyalı Pablo Karenyo-Bustaya qarşı matçda topu xətt hakiminə vurduğu üçün diskvalifikasiya edilmişdi.
Serbiyalı tennisçi Pekində keçirilən turnirin finalında avstraliyalı Aleks de Minaurla qarşılaşacaq.