“Məsələlərimizi daxildə həll edirik”

“Məsələlərimizi daxildə həll edirik”

Portuqaliya futbol federasiyasının rəhbəri Pedro Proença millinin düşərgəsindən ayrılan Kriştianu Ronaldu haqqında danışıb.

Allsport.az xəbər verir ki, funksioner ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

“Biz məsələlərimizi daxildə həll edirik. Yenə deyirəm, Ronaldu ilə baş məşqçi arasında güclü münasibət var və hansısa problemdən söz gedə bilməz. Elə olmasaydı, Ronaldu milli ilə vidalaşardı. O, bizim üçün bir dəyərdir və bunu bilir”.

Ronaldu bir neçə gün əvvəl öz istəyi ilə millinin düşərgəsindən ayrılıb.

Həmin kateqoriyadan