- Baxış sayı: 50
- 28 Sentyabr 2026 13:48
- Baxış sayı: 179
- Oktyabr 04, 2026
- 0

Beynəlxalq şahmat federasiyasının (FİDE) yeni seçilmiş prezidenti Timur Turlov Bakıya səfər edib.
Allsport.az xəbər verir ki, səfər çərçivəsində Turlov Azərbaycan şahmat federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovla görüşüb.
Tərəflər Azərbaycanda şahmatın inkişafı, Bakının beynəlxalq turnirlərə ev sahibliyi təcrübəsi və FİDE ilə AŞF arasında əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.
Görüşün sonunda Mahir Məmmədov qonağa xatirə hədiyyəsi təqdim edib.
Ötən ay Timur Turlov FİDE prezidenti, Mahir Məmmədov isə üçüncü dəfə qurumun vitse-prezidenti seçilib.