- Baxış sayı: 82
- 20 Noyabr 2026 18:16
- Baxış sayı: 636
- Noyabr 20, 2026
- 0

Dünya reytinqinin üçüncü pilləsində qərarlaşan Karlos Əlqərəzin ATP-500 seriyalı Tokio turnirinin finalındakı rəqibi müəyyənləşib.
Allsport.az xəbər verir ki, “Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi finalda dünya reytinqinin 19-cu pilləsində olan çexiyalı İrji Leheçka ilə qarşılaşacaq.
Leheçka yarımfinalda Monakonu təmsil edən Valentin Vaşeronun müqavimətini 6:4, 6:2 hesabı ilə qırıb.
Əlqərəz – Leheçka finalı oktyabrın 6-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 14:00 radələrində başlayacaq.