İtaliyada ayın ən yaxşısı bəlli oldu

İtaliyada ayın ən yaxşısı bəlli oldu

İtaliya “A” seriyasında avqust və sentyabr aylarının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Allsport.az xəbər verir ki, “Frozinone”ni çalışdıran Massimiliano Alvini başa çatan ayların ən yaxşısı seçilib.

“Frozinone” bu mövsüm İtaliya çempionatının elitasına qayıdıb. 56 yaşlı mütəxəssisin komandası cari mövsüm keçirdiyi 5 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə isə məğlub olub.

“Frozinone” “A” seriyasında 5 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan