39 ölkənin gimnastları Bakıda

Bakıda bədii gimnastika üzrə dünya kuboku beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, milli gimnastika arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə start götürüb.

Ardınca Azərbaycan gimnastika federasiyasının baş katibi Fatimə Şəfizadə açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb.

Sonra tədbir Dövlət Himninin səsləndirilməsinin ardınca bədii hissə ilə davam edib.

Yarışda 39 ölkənin gimnastları mübarizə aparırlar.

Həmin kateqoriyadan