AFFA Erik Ramosla Reynaldo Silvanı 2000 manat cərımələdi

AFFA Erik Ramosla Reynaldo Silvanı 2000 manat cərımələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun “Qarabağ” – “Neftçi” final oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Matçın 120-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Matçın 120-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

Görüşün 120+1-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

Həmin kateqoriyadan