- Baxış sayı: 26
- 06 Avqust 2026 23:53
- Baxış sayı: 186
- Avqust 05, 2026
- 0

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın və əvəzedicilərin çempionatının 31-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
31-ci turda “Qarabağ” – “İnter” matçının 75-ci dəqiqəsində “beynəlmiləlçilər”in futbolçusu Fuad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Əvəzedici heyətlərin “Rəvan” – AzAL matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.