AFFA prezidenti və nazir U-17 millimizlə görüşüb

Azərbaycan millisinin U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində Şotlandiya komandasına 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra, AFFA-nın prezidenti Rövnəq Abdullayev və gənclər və idman naziri Azad Rəhimov paltardəyişmə otağında yığmamızın üzvləri ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, dövlət rəsmiləri qələbə münasibətilə futbolçularımızı təbrik edib, ilk oyundakı böyükhesablı məğlubiyyətdən sonra özündə güc taparaq əzmkar mübarizə aparan, psixloji çətinliklərin öhdəsindən uğurla gələrək növbəti oyunlarda bir heç-heçə və bir qələbə əldə edən yığmamıza təşəkkür edib, gələcək turnirlərdə uğurlar arzulayıblar.

Həmin kateqoriyadan