AIBA-nın prezidenti boks ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ölkəmizə səfərə gələn Beynəlxalq boks assosiasiyasının prezidenti Umar Kremlyov, boks mərkəzində idmançılar, onların məşqçiləri və ictimaiyyət nümayəndələri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, o, görüşdə boksun Azərbaycanda inkişaf etdiyini bildirib, idmanın bu növünün inkişafının daha sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Boksçularla səmimi söhbət edən BBA prezidenti Bakıda hər cür şəraiti olan boks akademiyasının fəaliyyət göstərməsinin təqdirəlayiq hal olduğunu deyib. “Azərbaycanda çox güclü boksçular var. İdmanın bu növünün inkişafı üçün görülən işlər təqdirəlayiqdir. Sonuncu dünya çempionatı Azərbaycanın boks ölkəsi olduğunu bir daha təsdiqlədi”, – deyə U.Kremlyov qeyd edib.

Qonaq bildirib ki, Bakıya gəlməkdə məqsədi qlobal beynəlxalq tədbirlərin təşkili ilə bağlı müzakirələr aparmaq, eyni zamanda, boksun daha yüksək səviyyədə inkişafına nail olmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsini təmin etməkdir. O, qeyd edib ki, bütün bunlarda əsas məqsəd idmançıların inkişafı üçün daha yaxşı şərait yaratmaqdır.

Sonda qurum rəhbərinin boksçular və məşqçilərə müxtəlif idman ləvazimatları hədiyyə edib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish