“Altunordu” millimizin Almaniyada oynayan yarımmüdafiəçisi istəyir

Türkiyə PTT 1-ci liqasında çıxış edən “Altunordu” Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratla güclənməyə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

“Altunordu” Almaniyanın “Fortuna” (Düsseldorf) klubunun ikinci komandasında çıxış edən millimizin üzvünə təklif də ünvanladığı bildirilir. Bu komandada son mövsümdə keçirdiyi 31 oyunda 10 qol vuran 23 yaşlı futbolçunun bu təklifə hansı cavabı verəcəyi isə, hələlik, bilinmir.

Qeyd edək ki, “Fortuna”nın əsas komandasına dəvət olunmamasından narazı qalan Ərat özü də Almaniya klubundan ayrılmağa və özünə daha yaxşı iş yeri tapmağa qərar verib.

Həmin kateqoriyadan