”Araz-Naxçıvan”da yeni legionçu

“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib. 

Allsport.az xəbər verir ki, Çance Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalanıb. 

28 yaşlı hücumçu artıq Bakıdadır. Sağ-sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala müxtəlif illərdə vətəni Almaniyada “Borussiya Münhenqladbax”, “Elfersberq”, “Redinqhausen”, “Kayzerslautern”, “Xolştayn Kil”, Niderlandın “Roda Kerkrad” klublarında forma geyinib. O, son mövsümü Almaniyanın III bundesliqa təmsilçisi olan “Osnabruk” komandasında keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.

Həmin kateqoriyadan