Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan 12 komanda bəllidir

AÇ-2016-nın seçmə mərhələsi başa çatmaq üzrədir. Allsport.az xəbər verir ki, geridə qalan oyunların nəticəsinə əsasən artıq 12 yığma komanda qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edib.

Bunlardan biri Azərbaycan yığmasının da yer aldığı “H” qrupunun birincisi olan İtaliya millisidir. Qalan 11 komanda isə İngiltərə, Şimali İrlandiya, Portuqaliya, İslandiya, Çexiya, Avstriya, İspaniya, İsveçrə, Belçika, Uels və turnirə ev sahibliyi edəcək Fransadır.

Qeyd edək ki, bu 12 iştirakçının siyahısına daha 12 yığma komanda əlavə olunacaq.

Həmin kateqoriyadan