Avropa kubokunda Rostislav Pevtsov 2-ci, Kseniya Levkovskaya olub

Triatlonçumuz Rostislav Pevtsov Ukraynanın Dnepropetrovsk şəhərində sprint üzrə Avropa kubokunda gümüş medal qazanıb. Allsport.az saytı xəbər verir ki, 61 idmançının mübarizə apardığı yarışda milli üzvü 52 dəqiqə 17 saniyəlik nəticə göstərib.

O, 750 metrlik su məsafəsini 9 dəqiqə 39 saniyəyə qət edib. Ardınca 20 kilometrlik veloməsafəni 26 dəqiqə 16 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi – 5 kilometrlik qaçış zolağını Rostislav 15 dəqiqə 12 saniyəyə tamamlayıb.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 58 dəqiqə 53 saniyəlik nəticə ilə 5-ci olub.

Həmin kateqoriyadan