Avropa Oyunlarının açılış mərasimi

Bu gün “Bakı 2015” I Avropa Oyunları start götürüb. Allsport.az xəbər verir ki, ilk dəfə təşkil olunan Oyunların açılış mərasimində tədbirə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015″in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, bir çox ölkədən nüfuzlu qonaqlar qatılıb.

Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və digər ölkələrin dövlət və hökumət başçıları iştirak edib. Eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, müxtəlif beynəlxalq federasiyaların, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların rəhbərləri, tanınmış mədəniyyət, idman, siyasi və ictimai xadimlər, o cümlədən müxalifət partiyalarının sədrləri də mərasimdə iştirak ediblər.
Paytaxtımızda təşkil olunan mötəbər yarışda Avropanının 50 ölkəsindən 6000-dən çox idmançı mübarizə aparacaq.

Ölkəmiz Oyunlarda 291 idmançı ilə təmsil olunacaq. Ən çox idmançı isə Rusiyadan ölkəmizə təşrif buyurub. Qonşu ölkənin 359 idmançısı yarışlarda mübarizə aparacaq. Ən az idmançı isə Monakoya məxsusdur – 6 nəfər.

Həmin kateqoriyadan