Avstriyalılar yığmamızı yed(d)i bitirdi

Bu gün Azərbaycanın gənclərdən ibarət yığma komandası AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Allsport.az xəbər verir ki, millimizin bu dəfəki rəqibi Avstriya olub. Gənclərimiz bu rəqibi ilə səfərdə qarşılaşıb.

Geridə qalan üç oyundan yalnız birində qalib gəlib, ikisində uduzmuş gənclərimiz çətin səfər oyununda ən azı bir xal qazanmaq ümidində idilər. Baxmayaraq ki, Avstriya əvvəlki iki oyundan maksimum nəticə ilə ayrılmışdı və 6 xalla qrup ikincisi idi. Millimiz Bakıda avstriyalılarla görüşdə 0:2 hesabıyla uduzduğundan, həm də qisas almaq istəyirdi. Amma təəssüf ki, avstriyalılarla budəfəki qarşılaşma millimiz üçün yenə uğursuz alınıb. Meydan sahibləri azərbaycanlı futbolçuları yeddi cavabsız qolla biabır ediblər.

AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup
9 oktyabr

Avstriya – Azərbaycan – 7:0 (1:0)
Qollar: F.Qriliç, 45+1 (1:0). M.Qreqoriç, 49-pen. (2:0). K.Friesenbişler, 60 (3:0). M.Qreqoriç, 74 (4:0). A.Şöpf, 75 (5:0). M.Qreqoriç, 88 (6:0). D.Vidra, 90+5-pen. (7:0).
Sarı vərəqə: E.Bədəlov, 4. R.Məmmədov, 65. İ.Taşkın, 68. D.Vidra, 83.
Qırmızı vərəqə: Ş.Məhəmmədəliyev, 90+3.
Sankt-Pelten. “NV-Arena”.
Baş hakim: Gunnar Yarl Yonson (İslandiya).

Avstriya: 1. Daniel Baxmann, 4. Lukas Quqqaniq, 5. Filipp Linhart, 19. Xristof Martşinko, 22. Filipp Muene, 7. Dominik Vidra, 8. Alessandro Şöpf, 15. Tarkan Sərbəst (18. Martin Rasner, 83), 10. Florian Qrilliç (16. Nikola Dovedan, 70), 11. Mixal Qreqoriç, 20. Kevin Friesenbişler (2. Andreas Qruber, 83).
Ehtiyat oyunçular: 12. Markus Kuster, 3. Kristian Şoissengeyer, 6. Lukas Yaqer, 9. Filipp Poş.
Baş məşqçi: Verner Qreqoriç.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 15. Cəmil Hacıyev, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k), 5. Elvin Bədəlov (3. Azad Kərimov, 77), 6. Fuad Bayramov (9. Nicat Muxtarov, 68), 7. İltər Taşkın, 16. Elvin Camalov, 23. Fəhmin Muradbəyli, 11. Kərəm Benke (22. Tərlan Əhmədli, 90+4).
Ehtiyat oyunçular: 4. Abbas Hüseynov, 13. Tural Hümbətov, 8. Budaq Nəsirov, 21. Tellur Mütəllimov.
Baş məşqçi: Yaşar Vahabzadə.

Bu gün 7-ci qrupda daha bir görüş baş tutacaq. Almaniya Finlandiya ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan