- Baxış sayı: 44
- 02 Sentyabr 2026 21:46
- Baxış sayı: 149
- Sentyabr 23, 2026
- 0

Almaniya ikinci Bundesliqasında 8-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov qarşılaşmanın 85-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, “Karlsrue” hazırda 7 xalla 14-cü pillədə qərarlaşıb.