- Baxış sayı: 85
- 06 Sentyabr 2026 13:11
- Baxış sayı: 276
- Sentyabr 17, 2026
- 0

18-19 fevralda Romada Avropa Triatlon Şurasının baş assambleyası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, toplantıda ATF-in prezidenti Azər Məhərrəmov və baş katib Cavad Axundzadə iştirak edəcəklər.
Tədbir çərçivəsində ETU-nun idarə heyətinin üzvləri müəyyən olunacaq. Azər Məhərrəmov qurumun komissiya üzvüdür. Həmin komissiya marketinq, KİV ilə əlaqə, kommunikasiya, ümumilikdə triatlonun inkişafı istiqamətləri üzrə fəaliyyət göstərir.