Azərbaycan – İtaliya: Bilet satışı davam edir

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da, Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununun biletlərinin satışı davam edir. Allsport.az xəbər verir ki, biletləri 28 Mall AVM-dən, “Bakcell Arena”nın kassalarından və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən “Bakcell Müştəri Xidmətləri” mərkəzindən əldə etmək mümkündür.

Biletlərinin qiyməti aşağıdakı kimidir:

1-ci kateqoriya – 4 AZN
2-ci kateqoriya – 2 AZN
3-cü kateqoriya – 1 AZN
VİP – 50 Azn

Bilet satışı nöqtələrindən individual SkyBox biletləri də əldə etmək mümkündür. Bu biletlərin qiyməti 100 AZN-dir

Biletləri həmçinin www.tickets.affa.az ünvanından onlayn almaq mümkündür.

Həmin kateqoriyadan