- Baxış sayı: 31
- 12 İyul 2026 22:56
- Baxış sayı: 142
- İyul 12, 2026
- 0

İtaliyanın Pistoya şəhərində “Gimnastika hamı üçün” növü üzrə 5-ci “European Gym for Life Challenge” festivalı keçirilib.
Allsport.az xəbər verir ki, 21 ölkədən 4000-ə yaxın gimnastın qatıldığı yarışda Azərbaycanı təmsil edən “Flame” komandası uğurlu çıxışı ilə seçilib.
Təmsilçimiz 74 iştirakçı arasında kiçik komandalar kateqoriyasında təqdim etdiyi kompozisiya ilə qızıl medala layiq görülüb.
Qaliblərin mükafatlandırma mərasimində Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov da iştirak edib.
İyulun 12-16-da Pistoyada “Gimnastika hamı üçün” növü üzrə “EUROGYM 2026” festivalı keçirilir. İki ildən bir təşkil olunan tədbirdə bu dəfə 25 ölkədən 5000-ə yaxın gimnast iştirak edir.