Gimnastlarımızdan qızıl medal

Çinin Nankin şəhərində aerobika gimnastikası üzrə dünya kuboku keçirilib.

Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə MustafayevaVladimir Dolmatov təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900 xal, Mədinə Mustafayeva və Vladimir Dolmatov isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar.

Finalda qarışıq cütlüyümüz 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medalın sahibi olublar. Sara Əlixanlı isə 18.050 xalla 6-cı yerdə qərarlaşıb.

Həmin kateqoriyadan