Bayraq və himnə icazə verildi

Bayraq və himnə icazə verildi

Avropa gimnastika ittifaqı Rusiya dövlət rəmzlərinin beynəlxalq yarışlarda istifadəsinin bərpasını rəsmən təsdiqləyib.

Allsport.az xəbər verir ki, bundan sonra yarışlarda Rusiya idmançıları dövlət bayrağı altında çıxış edəcək və qaliblər üçün ölkənin dövlət himni səsləndiriləcək.

Bildirilib ki, bu qərarla Avropa gimnastika ittifaqının qaydaları dünya gimnastika təşkilatının qəbul etdiyi mövcud qərarlara uyğunlaşdırılıb.

Bununla belə, 28 iyul 2026-cı il tarixinədək ev sahibliyi hüququ verilmiş yarışlar üçün keçid qaydaları tətbiq oluna bilər. Bu yalnız yarışın keçiriləcəyi ölkənin qanunvericiliyi və ya dövlət orqanlarının məcburi tələbləri Rusiya dövlət rəmzlərinin nümayişinə imkan vermədiyi hallarda qüvvədə olacaq.

Keçid qaydaları yalnız dövlət rəmzlərinin istifadəsinə aiddir və 28 iyul 2026-cı ildən sonra ev sahibliyi hüququ veriləcək yarışlarda rusiyalı idmançıların iştirakına təsir göstərməyəcək.

Həmin kateqoriyadan