- Baxış sayı: 43
- 15 Sentyabr 2026 10:22
- Baxış sayı: 202
- Sentyabr 13, 2026
- 0

2026-cı ildə Zaqrebdə keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatında Rusiya və Belarus idmançıları milli rəmzlərdən istifadə edə bilməyəcəklər.
Allsport.az xəbər verir ki, yarış iştirakçıları və nümayəndə heyətlərinin çıxış şərtləri Xorvatiyanın turizm və idman nazirliyi tərəfindən təsdiqlənib.
Qərara əsasən, turnirdə Rusiya və Belarusa məxsus bayraqların, himnlərin və milli rəmzlərin istifadəsi qadağan olunacaq.
Qeyd edilib ki, bu qərar Avropa gimnastika ittifaqının iyulun 28-də keçirilən növbədənkənar baş assambleyasında təsdiqlənən keçid qaydalarına uyğun qəbul edilib. Təşkilat məhdudiyyətlərin tətbiqi ilə bağlı detalları dünya gimnastika federasiyası ilə razılaşdıracağını açıqlayıb.