Azərbaycan triatlonçusu Dünya seriyasının ilk mərhələsində mübarizə aparacaq

Martın 6-7-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə triatlon üzrə Dünya seriyası yarışlarının ilk mərhələsi təşkil olunacaq. Allsport.az xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan milli komandasının üzvü Rostislav Pevçov təmsil edəcək.

Qeyd edək ki, BƏƏ ilk dəfədir triatlon üzrə bu tipli beynəlxalq turnirə ev sahibliyi edəcək. Doqquz mərhələdən ibarət Dünya seriyası yarışlarının finalı ABŞ-ın Çikaqo şəhərində keçiriləcək.

Həmin kateqoriyadan