Azərbaycan triatlonçusu Rio-2016-ya lisenziya xalları qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə triatlon üzrə dünya seriyası yarışlarının ilk mərhələsi keçirilib. Allsport.az xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan milli komandasının üzvü Rostislav Pevçov təmsil edib.

O, ilkin mərhələni – su məsafəsini 9.20, 20 kilometrlik veloyürüşü 28.48, 5 kilometrlik qaçış məsafəsini isə 14.54 dəqiqəyə qət edib. Milli komandamızın üzvü 60 idmançı arasında 25-ci olub. Bu da triatlonçumuza Rio Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmağa imkan yaradıb.

BƏƏ ilk dəfədir triatlon üzrə beynəlxalq turnirə ev sahibliyi edir. 9 mərhələdən ibarət dünya seriyası yarışlarının finalı Çikaqoda keçiriləcək.

Həmin kateqoriyadan