Azərbaycan – Xorvatiya matçını fransızlar idarə edəcək

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan və Xorvatiya yığmaları arasındakı qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək. Allsport.az xəbər verir ki, oyunun baş hakimi Ruddi Buke olacaq.

Ona yan xətt hakimləri Giyom Debar və Siril Qrinqor kömək edəcəklər. Əlavə köməkçi hakimlər Fredi Fotrel və Amori Delru olacaq. Dördüncü hakim funksiyasını isə Jan Filipp yerinə yetirəcək.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya qarşılaşması saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan