Azad Rəhimov çex həmkarı ilə görüşdə nələri müzakirə edib?

Praqada keçirilən Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyası və İcraiyyə Komitəsinin iclaslarında iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov, Çex Respublikasının təhsil, gənclər və idman naziri xanım Katerina Volaxova ilə görüş keçirib.

Parlamentinin binasında baş tutan görüşdə ev sahibi nazir Azad Rehimovu salamladıqdan sonra, Avropa oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil edilməsi münasibəti ilə təbrik edib. Hər iki tərəf öz ölkələrinin idman və gənclər siyasəti, bu sahələrdə həyata keçirilən layihələr haqda geniş məlumat verib, tədbirlərdə Azərbaycanlı və çex gənclərin iştirakını yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın daha da möhkəmlənməsinin önəmini vurğulayıblar.

Nazir Katerina Volaxova görüş çərçivəsində xüsusi olaraq Avropa İttifaqının təsis etdiyi Vişeqrad Sazişi və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkənizin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və əməkdaşlıq üçün Azərbaycana təşəkkür edib. Görüşün sonunda nazirirlər daha sıx əməkdaşlıq istiqamətində yeni layihələrin işlənib hazırlanmasının zərurətini deyiblər.

Həmin kateqoriyadan