- Baxış sayı: 98
- 15 Sentyabr 2026 13:56
- Baxış sayı: 76
- Sentyabr 25, 2026
- 0

U-19 futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada mini-turnirdə iştirak etməyəcək.
Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə uğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaqlar.
Azərbaycan – Xorvatiya
17 mart. Karlovac şəhəri. Mladost Arena. Saat 20:00
Latviya – Azərbaycan
18 mart. Karlovac şəhəri. Mladost Arena. Saat 20:00