- Baxış sayı: 5
- 23 Sentyabr 2026 21:56
- Baxış sayı: 152
- Sentyabr 23, 2026
- 0

“Sanderlənd”in yarımmüdafiəçisi Cob Bellingem valideynləri ilə birlikdə “Ayntraxt Frankfurt”a səfər edib və orada baş direktor Markus Kroşe ilə danışıqlar aparıb.
Allsport.az xəbər verir ki, ingilis futbolçu bundesliqa klubunun təklifini qəbul etməyib.
Daha əvvəl Dortmund “Borussiya”sının da Cob ilə müqavilə bağlamaqda maraqlı olduğu bildirilirdi. O, “Real Madrid”in ulduz oyunçusu Cud Bellingemin kiçik qardaşıdır.