“Bu görüşdə hər iki komanda qalib gəlib, mükafatçılar sırasına düşmək istəyirdi”

Premyer Liqanın 36-cı turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Matçla bağlı fikirlərim müsbətdir. Yaxşı oyun izlədik. Qarşılaşma əsl futbol ab-havasında baş tutdu. Bu görüşdə hər iki komanda qalib gəlib, mükafatçılar sırasına düşmək istəyirdi. Belə oyunlar çempionata marağı artırır.

İstədiyimiz nəticəni əldə etməyimiz yaxşı oldu. Bu üzdən də nəticədən razıyıq. Belə görüşlərdə sakit qalmaq, ehtiyat oyunçular skamyasında oturmaq olmur. Mən də bu həyəcanı ayaq üstə, komanda ilə birlikdə yaşamaq istəyirəm”.

Həmin kateqoriyadan