Bu gün daha 2 oyun baş tutacaq

Bu gün Topaz Premyer Liqasının 17-ci turunun növbəti oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutacaq.

Öncə lider “Qarabağ” son dövrlər uğurlu çıxışı ilə seçilən “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Cari mövsümün debütantı və sürpriz komandası “Zirə” isə son dövrlərin uğursuz komandası “Qəbələ”ni qəbul edəcək.

Topaz Premyer Liqası
17-ci tur
16 dekabr (çərşənbə)

16:30. “Qarabağ” – “Sumqayıt”
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

18:30. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu,

Turun digər oyunları: “Rəvan” – “İnter” – 0:2. 17 dekabr (“Neftçi” – AZAL, “Xəzər Lənkəran” – “Kəpəz”).

Bombardirlər:
6 qol – Riçard Almeyda (“Qarabağ”). Ruslan Qurbanov (“Neftçi”). Aleksey Antonov (“Qəbələ”).

Həmin kateqoriyadan