“Bu oyuna görə hansısa komandanı zəif adlandırmaq olmaz”

Bakıda futzalçılarımızın qonağı olan Ukrayna millisi, FHN-in idman-sağlamlıq mərkəzində 2-ci yoxlama matçında meydan sahiblərinə 5:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, rəqib baş məşqçi Oleksandr Kosenko qələbə barədə bunu söyləyib:

“Oyun bizim üçün yaxşı keçdi. Mübarizə apardıq. Matçın bir hissəsini beş oyunçu ilə keçirdik. Bu da taktiki tapşırıq idi. Əlbəttə, bu bir yoldaşlıq oyunu idi. Bu oyuna görə Avropa çempionatının final mərhələsi üçün hansısa komandanı şanslı, digərini zəif adlandırmaq olmaz.

Hər 2 tərəf səhvlərini, zəif tərəflərini müəyyənləşdirməyə çalışdı. Sparrinq-rəqiblərin güclü olması da bu baxımdan faydalıdır. Final mərhələsində hamının şansları var. Avropa çempionatı üçün tapşırıqlar fərqli olacaq.

Hər 2 oyunda qələbə qazansaq da, komandamın tam hazır olduğunu deyə bilmərəm. Çünki yoldaşlıq oyunlarına yanaşma fərqli, bəzən isə bu görüşlərdə alınan nəticələr aldadıcı olur”.

Həmin kateqoriyadan