“Bürünc 1966″nın canlı əfsanələrindən olan Yaşar Babayevin 75 yaşı tamam olub

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun müddət “Neftçi” komandasında çıxış etmiş, bu komandanın heyətində 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmış Yaşar Babayevin 75 yaşı tamam olur.

Allsport.az saytı xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Exan Məmmədov veteran futbolçu ilə görüşüb, əlamətdar yubileyi münasibətilə onu rəhbərlik adından təbrik edib.

Baş katib üzərində “Y.Babayev 75” yazılmış Azərbaycan milli komandasının futbolkasını yubilyara təqdim edib. Yaşar Babayev göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.

Həmin kateqoriyadan