- Baxış sayı: 44
- 25 Oktyabr 2026 15:04
- Baxış sayı: 68
- Oktyabr 25, 2026
- 0

“Çelsi”nin mərkəz müdafiəçisi Levi Kolvill zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb.
Allsport.az xəbər verir ki, 22 yaşlı ingiltərəli futbolçu avqustun 4-də klublararası dünya çempionatından sonra keçirdiyi ilk məşqində zədə alıb. Ona dizindəki ön çarpaz bağın qopması diaqnozu qoyulub.
O, avqustun 7-də əməliyyat olunub.
Ötən mövsüm Levi 43 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.