- Baxış sayı: 184
- 22 Oktyabr 2026 23:00
- Baxış sayı: 471
- Oktyabr 21, 2026
- 0

Odlar yurdunun Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri Əlizamin Əsgərov, Azərbaycan güləş federasiyasının (AGF) nümayəndə heyətini qəbul edib.
Allsport.az saytı xəbər verir ki, görüş zamanı elçi 24 oktyabr – 1 noyabr tarixlərində Astanada keçiriləcək dünya çempionatında iştirak edəcək milli komandalarımıza uğurlar arzulayıb, bahadırlarımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.
AGF nümayəndələri göstərilən diqqətə, qonaqpərvərliyə və dəstəyə görə səfirə minnətdarlıqlarını bildiriblər.