- Baxış sayı: 28
- 22 Oktyabr 2026 22:23
- Baxış sayı: 457
- Oktyabr 21, 2026
- 0

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden UEFA çempionlar liqasında həftənin ən yaxşı oyunçusu adına layiq görülüb.
Allsport.az xəbər verir ki, ingiltərəli futbolçu turnirin 3-cü turunda AEK-ə qarşı keçirilən və 5:1 hesabı ilə başa çatan matçda het-trik edib, eyni zamanda bir məhsuldar ötürmə ilə yadda qalıb.
Foden səsvermədə rəqiblərini qabaqlayaraq həftənin ən yaxşı oyunçusu seçilib.
Bu mükafat uğrunda “Komo”nun yarımmüdafiəçisi Niko Pas, “Liverpul”un 18 yaşlı futbolçusu Rio Nqumoha və “Napoli”nin üzvü Skot Maktominey də mübarizə aparıblar.