Çimərlik futbolçularımız İspaniya, İsveçrə və Türkiyə kollektivləri ilə bir qrupda

İtaliyanın Yezolo şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında ələməsinin 2-ci mərhələsinə vəsiqə qazanan Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Allsport.az saytı xəbər verir ki, yığmamız növbəti raundda İspaniya, İsveçrə və Türkiyə kollektivləri ilə qarşılaşacaq. Həm oyunların təqvimini təqdim edirik (Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib):

7 sentyabr, saat 14:45
İspaniya – Azərbaycan

8 sentyabr, saat 16:00
İsveçrə – Azərbaycan

9 sentyabr, saat 14:45
Azərbaycan – Türkiyə

Həmin kateqoriyadan