- Baxış sayı: 22
- 25 Avqust 2026 21:05

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


“Qarabağ” premyer liqanın 33-cü turunda öz meydanında “Sumqayıt”a 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçi Qurban Qurbanov qələbəyə şərh verib:
“Futbolçularımı təbrik edirəm. Müəyyən səbəblərə görə bu stadionda çoxdan idi oynamırdıq. Qalibiyyətlə geri dönmək çox yaxşı oldu. Qarşımızda istəkli, oyundan qopmayan, məğlub olmaq istəməyən rəqib var idi.
Sona kimi cəsarətli oyun göstərdilər. Daha baxımlı oyun ola bilərdi. Amma 90 dəqiqə meydanda mübariz oyun izlədik. Məncə, yaxşı matç oldu”.