- Baxış sayı: 42
- 23 Sentyabr 2026 23:52
- Baxış sayı: 176
- Sentyabr 23, 2026
- 0

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Allsport.az saytı xəbər verir ki, rəqib qardaş ölkənin 1-ci liqa təmsilçisi “Girəsunspor” olub.
“Vonresort Abant” mehmanxanasının meydaçasında keçirilən görüşdə hesabı bizimkilər açıb. Vitali Kvaşuk 55-ci dəqiqədə cərimə zərbəsindən gözəl qol vurub. Rəqib matçın son dəqiqələrdə hesabı bərabərləşdirib.