Diniyev, Camalov və Cəfərov da Almaniyaya qarşı oynaya biləcək

Azərbaycanın gənclərdən ibarət yığma komandasına yeni futbolçular dəvət olunub. Allsport.az xəbər verir ki, Coşqun Diniyev (Qarabağ), Elvin Camalov (Qəbələ) və Elnur Cəfərov (Xəzər Lənkəran) 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına qoşulub.

Xatrıladaq ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində yığmamız bu gün AFFA Futbol Məkəzindəki “Dalğa Arena”da Almaniya yığması ilə qarşılaşacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.

Həmin kateqoriyadan