Eddi İsrafilovun yeni klubu “Kordoba”oldu

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, bundan sonra o, Sequnda Liqada çıxış edən “Kordoba”da çıxış edəcək.

Qeyd edək ki, müqavilə ilə üçüncü liqa klubu “Real Mursiya”ya məxsus olan İsrafilov mövsümün əvvəlini La Liqa təmsilçisi “Eybar”da keçirmişdi. Amma o, elita klubunda çox oyun şansı qazanmadığından iş yerini dəyişməyə qərar verib və “Kordoba”ya keçib.

Sequnda Liqa təmsilçisi də onu icarəyə götürüb. Tibbi müayinədən keçən futbolçu yeni klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb. “Kordoba” ikinci liqada 39 xalla üçüncü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan