«El Klasiko» «28 Cinema»nın ekranında

Bu gün İspaniya La Liqasında dünyanın 2 məşhur komandası «Real» və «Barselona» üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, «El Klasiko» adlanan bu matç 170 ölkədə canlı yayımlanacaq.

Ehtimala görə, qarşılaşmanın tamaşaçı çevrəsi 600 milyon olacaq. Oyunda 37 kamera işləyəcək.

«Santyaqo Bernabeu» stadionunda baş tutacaq bu görüşə Azərbaycanda da maraq kifayət qədərdir. Paytaxtın bir çox kino-teatrlarında, o cümlədən, «28 Cinema»da matç canlı göstəriləcək. Oyun saat 21:15-də başlayacaq.

El Klasiko

Həmin kateqoriyadan