Elçin Əliyev triatlon federasiyasına yeni prezident seçilib

Dekabrın 21-də gənclər və idman nazirliyində Azərbaycan triatlon federasiyasının ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, dövlət himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra, ATF-in prezidenti Azər Məhərrəmov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Elçin Əliyev yeni prezident seçilib.

Yığıncaqda həmçinin, Rüfət Həsənov və Azər Əliyev İdarə Heyəti sədrnin müavinləri, Əli Bünyadov və Sabira Cahangirova isə İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Elçin Əliyev çıxış edərək ona göstərilən etimada görə təşəkkür edib və bu idman növünün ölkəmizdə inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Həmin kateqoriyadan