- Baxış sayı: 39
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, Rusiya və Nigeriya yığma komandaları arasında iyunun 6-da keçiriləcək yoldaşlıq görüşünün baş hakimi olacaq. Moskvada baş tutacaq qarşılaşmada Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.
“Lujniki” stadionunda keçiriləcək Rusiya – Nigeriya matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.