Emin Nurinin qayıdışı da “Kalmar”a kömək etdi

İsveç çempionatında 27-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Yurqorden”lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. “Kalmar”ın əsas heyət oyunçularından olan Emin son dörd görüşdə meydana çıxmasa da, bu dəfə start heyətdə yer alıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Kalmar” hazırda 27 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan