- Baxış sayı: 36
- 12 Fevral 2025 18:28
- Baxış sayı: 102
- Fevral 10, 2025
- 0
Yüngül ağır çəkidə mütləq dünya çempionu Artur Beterbiyev açıqlama verib.
Allsport.az xəbər verir ki, rusiyalı idmançı həmyerlisi Dmitri Bivolla revanş döyüşü haqda danışıb:
“Bu səfər daha yaxşı olmalıyam? Düşünürəm ki, eyni gücdə olsam qələbə üçün kifayət edəcək. Bivolu birinci döyüşdə nokaut edə bilərdim, onun bəxti gətirdi”.
Beterbiyevlə Bivol arasında ilk döyüş ötən ilin oktyabrında baş tutub və Artur 12 raunddan sonra hakimlərin səs çoxluğu ilə qalib gəlib. Onların revanş döyüşü fevralın 22-də Səudiyyə Ərəbistanında olacaq.